İlham Əliyev Xudafərin körpüsünə gedərkən avtomobili özü idarə edib - VİDEO

  • By admin
  • 16 Noyabr 2020 22:36

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instagram səhifəsində Cəbrayıl rayonundan videogörüntü paylaşıb.

Gununsesi.info xəbər verir ki, Birinci vitse-prezident videogörüntünü “Dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN” mətni ilə paylaşıb və #QarabağAzərbaycandır haştaqı əlavə edib.

Videoda avtomobili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idarə etdiyi görünür.

Qeyd edək ki, noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olublar.

 

 

Gununsesi.info