Azərbaycanın bu rayonlarına qar yağır

  • By admin
  • 07 Yanvar 2023 19:11

Azərbaycanda faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 7-si saat 17:00-a olan məlumata əsasən Qubada, Gədəbəydə, Daşkəsəndə, Qusarda, Altıağacda, Xaltanda qar yağır.

Külək:  şimal-qərb küləyi Göyçayda 21 m/s, Tərtər, Qəbələ, Ağdam, Naftalanda 20 m/s, Şəki, Daşkəsəndə 18 m/s, Bakıda 17 m/s, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.0 metrə çatıb.

Gununsesi.info