Azərbaycanın daha 32 məscidinə dini rəhbər təyin olundu

  • By admin
  • 03 Avqust 2022 20:04

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün avqustun 3-də keçirilmiş müsahibənin nəticələri açıqlanıb.

Gununsesi.info bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Qeyd edək ki, məscidlərdə vakant vəzifələrin tutulması üçün bu il mayın 24-dən iyunun 24-dək sənəd qəbulu aparılıb. Ümumilikdə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.

Nəticələrlə bu linkdə tanış olmaq mümkündür.

Gununsesi.info