Azərbaycanın daha bir rayonunda yanğın başladı

Şəki şəhərinin yuxarı dağətəyi hissəsində yanğın başlayıb.

Gununsesi.info  APA-ya istinadla xəbər verir ki, bu gün günorta saat 13 radələrində Şəki şəhərinin yuxarı hissəsində, Bəxtiyar Vahabzadə küçəsinin yaxınlığında dağətəyi ərazidə yanğın başlayıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib.

Gununsesi.info