Azərbaycanın fəxri Fərman Salmanovla bağlı unikal kadrlar üzə çıxdı - VİDEO

  • By admin
  • 03 İyul 2020 22:22
Bu gün Rusiyanın Tümen şəhərinin televiziyasından redaksiyamıza müraciət olunub.
Gununsesi.org xəbər verir ki, oxu.az-a 1968-ci ildə Tümendə lentə alınmış “Tanış olun, Salmanov” sənədli filmi təqdim olunub. Film Azərbaycanın fəxri, Sibir neftinin kəşfiyyatında və istehsalında misilsiz xidmətləri olmuş Fərman Salmanov haqqındadır.
Qeyd edək ki, film Tümen televiziyasının veteranı Anatoli Mixeyev tərəfindən qorunub saxlanılıb, rəqəmsallaşdırılıb və bu unikal kadrlara 52 ildən sonra yeni həyat verilib.
Həmin filmi diqqətinizə çatdırırıq:

 

 

Gununsesi.org