Azərbaycanın İstanbuldakı Baş konsulluğu müraciət yaydı

  • By admin
  • 06 Fevral 2023 11:37

Azərbaycanın İstanbuldakı Baş konsulluğu Türkiyədə yaşayan və işləyən vətəndaşlarımıza müraciət edib.

Gununsesi.info xəbər verir ki, müraciət Baş konsulluğun sosial şəbəkə hesabında yayılıb.
“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ nəticəsində zərər çəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı qaynar xətt vasitəsilə baş konsulluqla əlaqə saxlamaları xahiş olunur: +90 536 613 86 48”, – deyə məlumatda bildirilib.

Fevralın 6-da gecə saatlarında Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumata görə, hadisə nəticəsində 284 nəfər ölüb, 2323 nəfər yaralanıb.

Gununsesi.info