Azərbaycanın MDB ölkələri ilə ticarət dövriyyəsinin mənfi saldosu 27% artıb

  • By admin
  • 15 Noyabr 2019 16:17

Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın MDB ölkələri ilə apardığı ticarət dövriyyəsinin həcmi 3 759,7 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 619,5  mln. dollar və ya 19,7% çoxdur.

Gununsesi.org-un “APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ixracın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 118,8 mln. dollar və ya 13,8% artaraq 861,2 mln. dollar, idxal isə 500,7 mln. dollar və ya 22% artaraq 2 779,7 mln. dollar təşkil edib.

Nəticədə hesabat dövründə 1 799,7 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 382 mln. dollar və ya 27% artıb.

 

Gununsesi.org