Azərbaycanın qonşuluğunda böyük müharibə - Bu il dünyanı nə gözləyir?

  • By admin
  • 04 Yanvar 2022 16:12

“Eurasia Group” konsaltinq şirkəti 2022-ci ildə dünyanı gözləyən risklərlə bağlə hesabat hazırlayıb.

Gununsesi.info xəbər verir ki, hesabatda pandemiya və iqlim probleminin bu ildə də əsas risk olaraq qalacağı bildirilir.

– Dünyanın rəqəmsallaşma sürəti artacaq;
– ABŞ Rusiya və Çinə qarşı hərbi həmlələri məhdudlaşdıracaq: Tayvanda hərbi addımlar qarşılıqlı olaraq atılsa da, Çin də, ABŞ da hərbi eskalasiyadan qaçacaq;
– 2022-ci ildə ABŞ-da Konqresə keçiriləcək ara seçkilərdə Trampın yenidən aktivləşməsi Vaşinqtonun diqqəti daxilə yönəltməsinə səbəb olacaq;
– Çin də pandemiya və sıfır COVID siyasətinə görə diqqəti daxilə yönəldəcək;
– ABŞ və Çinin diqqəti daxilə yönəltməsi xaricdə boşluqlar yaradacaq: xüsusilə Baydenin xarici siyasətdə doğru olmayan gedişləri regional toqquşmaları artıra bilər;
– Rusiya Ukraynaya qarşı hərbi addımlarından geri çəkilməyəcək: Bayden Administrasiyasının əlində Rusiyaya qarşı istifadə edə biləcəyi güclü kart yoxdur, Moskva da bu vəziyyəti fürsətə keçirib Ukraynadakı NATO təhdidini aradan qaldırmaq üçün həmlələrini gücləndirəcək;
– ABŞ İsrail-İran qarşıdurmasında da passiv qalacaq: Bayden Administrasiyasının İranla bağlı B planının olmadığı bildirilir; İsrail isə İrana hücum etmək məsələsində qərarlıdır; hadisələrin bu istiqamətdə inkişafı neft qiymətlərinə də təsir edə bilər;

(Qeyd: İsrail-İran toqquşması Azərbycanın qonşuluğunda yeni müharibə riskini artırır və baş verənlər bizim də regiona təsirsiz ötüşməyəcək).

– ABŞ və Türkiyə arasında F-35-dən sonra F-16-ların müasirləşdirilməsində də böhran yarana bilər;
– Şərqi Aralıqda da gərginlik gözləniləndir;
– Yaxın Şərqdə və Qara dəniz bölgəsində də gərginlik davam edəcək;

Gununsesi.info