Azərbaycanın tədiyyə balansında kəsir yaranıb

  • By admin
  • 15 İyun 2020 17:02
Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 1 343,5 milyon ABŞ dolları təşkil edib. Halbuki, ötən ilin eyni dövründə tədiyyə balasında 2 019,3 milyon dollarlıq qalıq yaranmışdı.
Gununsesi.org Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ümumi kəsir ölkənin cari əməliyyatlar balansındakı 646,3 milyon dollarlıq qalıq (illik müqayisədə 59,7% az), maliyyə hesabındakı 1 394,1 milyon dollarlıq kəsir (6,5 dəfə çox), balanslaşdırıcı maddələr üzrə 595,7 milyon dollarlıq kəsir (1 il bundan əvvəl qalıq olub) hesabına formalaşıb.

Gununsesi.org