Azərbaycanın təhvil verdiyi erməni mayor həbs edildi

  • By admin
  • 28 Dekabr 2021 10:25

Azərbaycanın Ermənistana təhvil verdiyi mayor Narek Yeremyan barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Gununsesi.info xəbər verir ki, bunu news.am-a açıqlamasında Narek Yeremyanın vəkili Karmen Poqosyan deyib.

Apellyasiya Məhkəməsində hakim Tiqran Simonyanın sədrliyi ilə keçirilən prosesdə prokurorun şikayəti təmin edilib və əsirlikdən qayıdan mayorun qolları qandallanıb.

Həbs edilən mayorun vəkili Karmen Poqosyan prokurorun təqdim etdiyi şikayətin əsaslandırılmasını zəif və əsassız adlandırıb:

“Bu, çox xoşagəlməz vəziyyətdir. Ermənistan dövləti öz hərbçilərini “yeməyə” başlayıb. Hərbçilərin və onların ailələrinin yenidən stressə ehtiyacı yox idi”.

Xatırladaq ki, Narek Yeremyan Ermənistan Respublikasının Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (hərbi vəzifə və ya hərbi xidmət qaydalarını pozma) ilə ittiham olunur.

Bu maddə ilə erməni mayoru 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə gözləyir.

Gununsesi.info