Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 25% azalıb

  • By admin
  • 14 Yanvar 2020 10:56

2019-cu ildə Azərbaycan xarici ölkələrlə 33,303 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Gununsesi.org Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% çoxdur.

Keçən ilin xarici ticarət dövriyyəsinin 19,636 milyard dolları ixracın, 13,667 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,9%, idxal isə 19,2% artıb.

Son nəticədə xarici ticarətdə 5,968 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 25,35% azdır.

Gununsesi.org