Azərbaycanın xarici ticarətində İtaliya ixracda, Rusiya isə idxalda liderdir

  • By admin
  • 17 Noyabr 2017 14:00

 

Bu ilin on ayında ən böyük ticari əməkdaşımız İtaliya olub. Belə ki, bu ölkə ilə ticarət dövriyyəsinin həcmi 2.3 milyard dollar təşkil edib.

Gununsesi.info Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ticari tərəfdaşlıqda ilk onluqda duran ölkələr İtaliya, Türkiyə, Rusiya, Çin, ABŞ, Almaniya, Ukrayna, Çexiya və İsrayıl təşkil edir. İxracda ən böyük üstünlük İtaliyaya, idxalda isə Rusiya öndə gedir.

İxracda ilk beşlik belədir:

1.İtaliya 2 milyard dollar olmaqla ümumi ixracın 22.8 faizinə sahibdir.

2.Türkiyə  1.1 milyard dollar və ya 12.7 faiz paya

3.Rusiya 452 milyon dollar və ya 5 faiz paya

4.İsrail  445.5 miyon dollar və ya 5 faiz paya

5.Çexiya 440 milyon dollar və ya 4.8 faiz paya sahibdir.

İdxalda isə ilk beşliyə sahib ölkələr bunlardır:

1.Rusiya 1.2 milyard dollar və ya 17.3 faiz

2.Türkiyə 1 milard dollar və ya 14.5 faiz

3.Çin 675 milyon dollar və ya 9.7 faiz

4.ABŞ  645.2 milyon dollar və ya 9.2 faiz

5.Ukrayna 360 milyon dollar və ya 5.1 faiz

Ümumilikdə, xarici ticarətdə tərəfdaşlıq etdiyimiz dövlətlərin sayı 187-ə yaxındır.

Vüsalə

Gununsesi.info