Azərbaycanın yaraşıqlı kişisi Hülya Avşarın təklifini rədd etdi - EHTİRASLI FOTOLAR, VİDEO

  • By admin
  • 15 İyun 2016 14:08

 RAJAB RAJABLI 5

 

   Artıq ikinci dəfədir ki, arzusunu ürəyində qoyuram

 

Rəcəb Rəcəbli türkiyəli ulduz Hülya Avşardan gələn təklifə rədd cavabı verib.

Gununsesi.info xəbər verir ki, bu haqda modelin özü danışıb:

“Türkiyənin məşhur müğənnisi Hülya Avşar məni yeni çəkdirmək istədiyi ekran işində görmək istəyirdi.

Çəkilişə razılıq verdim. Lakin iş planımız baş tutmadı. Belə ki, qonorar məsələsində razılığa gələ bilmədik. Ondan 20 000 dollar qonorar tələb etsəm, də Hülya mənə yalnız 15000 TL ödəyə biləcəyini açıqladı. Onu da qeyd edim ki, mən sözügedən xanımın artıq ikinci dəfədir ki, arzusunu ürəyində qoyuram. Çünki Hülya Avşar mənə 2013-cü ildə “Bana bir koca lazım” adlı mahnısının ekran işində də çəkilmək üçün müraciət etmişdi. Yenə də qonorar məsələsində ortaq məxrəcə gələ bilməmişdik”.

Rəcəb Rəcəbli hazırda bir neçə yerdən təklif gəldiyini də söyləyib: “İyun ayının sonu Amerikada Nyu-York moda tanıtım həftələrində və İtaliyada məşhur firmaların yeni kolleksiyalarında model olaraq iştirak edəcəm”.

Digər maqazin və maraqlı xəbərləri Milli.Az Şou Facebook səhifəmizdən izləyin.  (Milli.az sia.az)

 

RAJAB RAJABLI 1

 

RAJAB RAJABLI 6