Azərbaycanın “yaşıl şəhəri” təhlükədən necə qurtuldu? - İCRA BAŞÇISI MİNGƏÇEVİRİN KÖHNƏ ADINI QORUDU

  • By admin
  • 16 İyun 2021 11:04

 

Bir neçə il əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankının layihəsində “yaşıl şəhər” statusu alan Mingəçevir bu adı saxlamaq üçün daha bir yeniliyə imza atıb.

Qeyd edək ki, son illərdə “Azərsu” şəhər və rayonlarda yaşıllıqların suvarılması üçün yerli icra hakimiyyəti orqanlarından külli miqdarda vəsait tələb edib. Bu vəsaitn ödənilməsi isə rayon-şəhər büdcələrində çətinliklərə səbəb olub.

Ancaq Mingəçevir şəhər icra hakimiyyətinin başçısı İlham İsmayılov Azərbaycanın “yaşıl şəhəri” olan Mingəçevirin bu statusunu qorumaq üçün alternativ addım atıb. Belə ki, icra başçısı şəhərin daxili imkanları hesabına küçə və prospektlərdə, habelə parklardakı ağacların suvarılması üçün yeni xətlər çəkdirib.

Bununla da Mingəçevir yaşıllıqlarını gözləyən quraqlıq təhlükəsi aradan qalxmış olub.

İcra başçısının bu addımını alqışlayan yerli sakinlər  bunu  şəhərin tarixində unudulmayacaq  iş kimi qiymətləndirib.

Mingəçevir sakini Hicran Əliyev deyir ki, hələ sovetlər dönəmində Azərbaycan şəhərləri arasında seçilən Mingəçevir bu gün də özünün təmizliyi və yeni  infrastrukturu ilə seçilir: “Bu gün şəhərimizdəki təmizlik, yaşıllıq göz oxşayır.  Mingəçevir bu özəlliyinə görə hər zaman prezidentimizin də diqqətini çəkib. Ölkə başçımız dəfələrlə Mingəçevirdən danışanda buna işarə edib”. 

Mingəçevirdə olan Gununsesi.info-nun əməkdaşı şəhərdə daha bir yeniliklərin şahidi olub. Belə ki, şəhərdə son iki ildə yeni parklar salınıb. Belə ki, şəhərin Xaldan şosesi tərəfindən giriş hissəsində Nəsimi parkının tikintisi tamamlanıb. Parkda torpaq (12 min kub) işləri görülüb, işıqlanma və suvarma sistemləri çəkilib. Ərazidə 2000-ə qədər ağac, bəzək kolları, 10 minə qədər gül əkilir. Ümumiyyətlə, parka 10 min kv yaşıl ot örtüyü səpilib. Parkın sahəsi 2 hektara yaxın, uzunluğu 450, eni isə 50 metrdir.

Şəhərin sağ sahil yaşayış massivində müasir istirahət parkı salmışdır. Parkın 3 min kvadratmetrlik hissəsində yaşıllıq salınmış, 2 minə yaxın ağac və gül kolu əkilmişdir. Ərazidə 50 işıqlandırıcı dirək quraşdırılmış, 40 oturacaq qoyulmuş, uşaqlar üçün əyləncə qurğuları yerləşdirilmişdir. Otuz ildən çox bir müddətdə baxımsız qalmış “Dostluq” parkı yaşıllaşdırma və sanitar təmizlik idarəsi tərəfindən yenidən qurulmuşdur. Yeni giriş qapısı inşa edilmiş, müasir fəvvarə tikilmiş və şəhid Müşviq Mirzəyevin adını daşıyan bulaq quraşdırılmışdır. Ərazidə 4 min kvadratmetr sahədə yaşıllıqlar salınmış, min kvadratmetr sahəyə tamet döşənmiş, 40 işıqlandırma dirəyi, 70 oturacaq quraşdırılmış, 2 mindən çox ağac və gül kolu əkilmişdir. Mənzil kommunal təsərrüfatı kombinatı tərəfindən hazırda “Az.İES” yaşayış massivinin sakinləri üçün “Energetik” mədəniyyət klubunun ətrafında istirahət guşəsi yaradılır.

“Az.İES”, sağ və sol sahil yaşayış massivlərində geniş miqyasda asfaltlama işlərinə başlanılmışdır. Yol və səkilərin yenidən qurulması üçün 35 min kvadratmetr sahəyə cınqıl-daş döşənmiş, 55 min kvadratmetr avtomobil yoluna, 5 min kvadratmetr səkiyə asfalt döşənmişdir. Həmçinin 65 binanın şifer, 73 binanın isə yumşaq dam örtükləri cari və əsaslı təmir olunmuşdur. Binaların fasadına 16 min kvadratmetr üzlük çəkilmiş, 25 min kvadratmetr sahə rənglənmişdir. Şəhərin küçə və meydanlarında 230 işıqlandırıcı dirək quraşdırılmış, 20 min ağac və dekorativ gül kolu əkilmiş, 3 yeni fəvvarə inşa edilmişdir. Ümumilikdə isə son 3 ildə 12 yeni fəvvarə tikilmişdir.

İkinci Vətən müharibəsində də Mingəçevir gənclərinin xüsusi rolu oldu. Azərbaycanın hıər bölgəsindən olduğu kimi Mingəçevir də şəhidlər verdi.

Təqdirəlayiq haldır ki, yerli rəhbərlik şəhid və qazi ailələrinə xüsusi diqqət və qayğısı ilə seçildi.  Mingəçevirdə elə bir şəhid və qazi ailəsi olmadı ki, rəhbər kimi İlham İsmayılovu şəxsən tanımasın.

 

Günay Təhməzova

Gununsesi.info

Bakı-Mingəçevir-Bakı