Azərbaycanla Bolqarstanın enerji sektorunda əməkdaşlığı strateji xarakter daşıyır - səfir

  • By admin
  • 07 Noyabr 2016 10:46
xristova
Azərbaycanla Bolqarstanın enerji sektorunda əməkdaşlığı strateji xarakter daşıyır.
Gununsesi.info xəbər verir ki,bu fikri Bolqarstanın Azərbaycandakı səfiri Maya Hristova “Caspian Energy”-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, Bolqarıstan Azərbaycanın “Şah Dəniz” konsorsiumu ilə danışıqlarda göstərdiyi böyük dəstəkdən məmnundur:
“Məhz bunun sayəsində Azərbaycanın “Şah Dəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin ikinci mərhələsindən etibarən 2020-ci ildən başlayaraq ildə 1 milyard kubmetr təbii qazın Bolqarıstana tədarükü ilə bağlı uzunmüddətli müqavilə imzalanıb”.
 İki ölkə arasındakı enerji sahəsindəki əməkdaşlığın tarixinə və perspektivlərə toxunan  səfir deyib ki, bundan bir qədər əvvəl isə SOCAR ilə Bolqarıstanın energetika holdinqi, SOCAR ilə “Bulqartransqaz” arasında qarşılıqlı anlaşma memorandumlarının imzalayıb.
“Bolqarıstan və Azərbaycan arasındakı birgə neft və qaz işçi qrupu ökələrimizin enerji əməkdaşlığının inkişafı üçün mühüm və uğurlu vasitədir. Həmin qrupun tərəfləri qismində Bolqarıstanın Energetika Nazirliyi, Bolqarıstanın energetika holdinqi və SOCAR çıxış edir” – deyə,  diplomat vurğualyıb.
 
Bolqarıstan qaz habının təşkili barədə məlumat verən səfir deyib ki, habın təşkili zamanı qaz mənbələri çox olmalıdır: “Rusiyadan, Yunanıstan interkonnektoru və bu haba birləşə biləcək digər enerji terminallarından qaz tədarükü həyata keçirilməlidir”.
Gununsesi.info