Azərbaycanla Çin arasında məhkumların verilməsi haqqında sənəd imzalandı

  • By admin
  • 06 Noyabr 2021 13:01

Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Çinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qo Min arasında görüş keçirilib.

Bu barədə Gununsesi.info-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında məhkumların verilməsi haqqında Müqavilə” ilə əlaqədar ratifikasiya sənədlərinin mübadiləsi həyata keçirilib və müvafiq protokol imzalanıb.

Gununsesi.info