“Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var” - DÖVLƏT BAŞÇISI

  • By admin
  • 22 Fevral 2022 17:46

Azərbaycanla Rusiya arasında yaxşı ticarət dinamikası var. Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi 3 milyard dolları ötüb.

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.

 

Dövlət başçısı bildirib ki, dünya birliyi regionumuzda yaranmış yeni reallığı qəbul edib. Azərbaycan kimi, Ermənistanın da 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirəcəyinə ümid edirik.

 

 

Gununsesi.info