“Azərbaycanla sülh müqaviləsinin imzalanması gündəlikdəki prioritet məsələlərdəndir” - ERMƏNİSTAN XİN

  • By admin
  • 07 Mart 2022 16:00

“Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyində duran prioritet məsələlərdən biridir”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi Vaan Unanyan deyib.

“Ermənistan Respublikası hökuməti ölkə və region üçün dinc inkişaf dövrünün açılması strategiyasını qəbul edib və təbii ki, bu istiqamətdə addımlar atmağa hazırdır. Digər tərəfdən, regional kommunikasiyaların açılması da prioritetlərdən biridir və bu istiqamətdə də konkret addımlar atılır”, – deyə o bildirib.

 

Gununsesi.info