Azərbaycanla Xorvatiya arasında qarşılıqlı ticarət göstəriciləri yüksəkdir.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova xorvatiyalı həmkarı Qordan Yandrokoviçlə birlikdə keçirdiyi brifinqdə deyib.
S.Qafarova diqqətə çatdırıb ki, son 11 ildə Azərbaycan və Xorvatiya parlament sədrləri arasında ilk səfər və görüş həyata keçirilir:
İki ölkə parlamentləri arasındakı əlaqələrin daha da genişləndirmək üçün yaxşı imkanların mövcud olduğunu deyən sədr əlavə edib ki, Yandrokoviçin səfəri bu imkanlardan istifadə etmək niyyətini təsdiq edir:
“Bu gün dostluq qruplarımızı daha fəal əməkdaşlığa dəvət etdik. Parlament üzvlərimzin qarşılıqlı səfərlərinin sayının artırılması arzuolunandır. Digər tərəfdən, beynəlxalq parlament təşkilatlarındakı nümayəndə heyətlərimizin daha da sıx təması, qarşılıqlı maraq doğuran məsələlərdə qarşılıqlı dəstəyi də əhəmiyyətlidir”.











