Azərbaycanlı Baş katib Rusiyada seçkiləri müşahidə edəcək

  • By admin
  • 17 Sentyabr 2021 11:12

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Rusiya Dumasına keçiriləcək seçkiləri müşahidə edəcək.

Gununsesi.info xəbər verir ki, beynəlxalq təşkilatın azərbaycanlı Baş katibi, eks-deputat Asəf Hacıyev və bolqarıstanlı deputat Peter Kanev seçkiləri müşahidə etmək üçün Kamçatka diyarına gəliblər.

Sentyabrın 17-dən 19-na qədər Kamçatka diyarında Dövlət Duması ilə yanaşı, yerli qanunverici orqana da deputatlar seçiləcək.

Gununsesi.info