Azərbaycanlı cərrah koronavirusdan öldü

  • By admin
  • 22 May 2020 17:34

Bu gün Azərbaycanda koronavirusdan ölənlərin sayı 2 nəfər olub.

Gununsesi.org xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah koronavirusla bağlı keçirilən brifinqdə TƏBİB-in rəhbəri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, vəfat edənlərdən biri cərrah olub. 1962-ci il təvəllüdlü həkimin şəkərli diabet və digər xəstəlikləri olub.

Ramil Bayramlı deyib ki, yoluxma nəticəsində onun ağ ciyərləri sıradan çıxıb və həyatını xilas etmək mümkün olmayıb. O vurğulayıb ki, bununla da Azərbaycanda koronavirusdan ölən tibb işçilərinin sayı 4-ə çatıb.

Gununsesi.org