Azərbaycanlı deputatlığa namizədin tərəfdarları həbs olunub

  • By admin
  • 13 Oktyabr 2016 12:58
hebs
Azərbaycanlı deputatlığa namizədin tərəfdarları həbs edildi.
Gununsesi.info APA-ya istinadən  xəbər verir ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda Polis İdarəsinin qarşısında aksiya keçirilir.  
Aksiya ötən gecə rayonun Qızılhacılı kənd sakinlərinin saxlanılmasına etiraz olaraq təşkil edilib. Aksiyaya 300-ə yaxın şəxs qatılıb. 
Ötən gecə Qızılhacılı kəndinin 6 sakini polis tərəfindən saxlanılaraq Polis İdarəsinə gətirilib. Onlar Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı Qızılhacılı kəndində yaradılan 48 saylı məntəqə seçki komissiyasında seçkilər günü baş verən qarşıdurmada iştiraka görə təqsirləndirilir.
Gununsesi.info