Azərbaycanlı ekspert Rusiyanın nüfuzlu mediasında - FOTOLAR

  • Müəllif: admin
  • 20 Dekabr 2017 08:00

Rusiyanın nüfuzlu elmi jurnalında azərbaycanlı ekspertin Xəzər dənizinin problemlərinə həsr olunan məqaləsi dərc olunub.

Gununsesi.info xəbər verir ki, Rusiya Dövlət Dumasının Ekspertlər Şurasının üzvü Araz Mürsəliyevin Ümumrusiya Attestasiya Komissiyasının Avrasiya Hüquq Jurnalının (Yevrazisyskiy Yurideiçeskiy Jurnal) sonuncu nömrəsində “Xəzərdə ətraf mühitin qorunması (Beynəlxalq hüquqi aspekt)” adlı məqaləsi çap olunub. Məqalədə müəllif Xəzər dənizində sahilyanı ölkələrin ətraf mühitin qorunması sahəsində əməkdaşlığından bəhs edib.

Məqalədə qeyd olunub ki, Xəzər dənizinin ekoloji problemləri əsasən antropogen amillərlə bağlıdır: “Bununla yanaşı Xəzərin çirklənməsinin əsas mənbəyi neft və qaz hasil olunmasıdır. Xəzərdə beynəlxalq əməkdaşlığın ilk proqramı Xəzər ekoloji proqramıdır. Məhz bu proqramın fəaliyyəti nəticəsində Xəzərin dəniz mühitinin qorunması ilə bağlı 2003-cü ildə Tehranda imzalanan çərçivə sazişi işlənib hazırlanıb. Çərçivə xarakterli bu Konvensiya ayrıca məsələlərlə bağlı beştərəfli protokolların qəbul olunmasını təklif edir”.

Müəllif, bu Konvensiyanın vəziyyətini analiz edərək onlardan bir neçəsinin inkişaf etdirilməsi nəticəsinə gəldiyini vurğulayıb.

Qeyd edək ki, Araz Mürsəliyev Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) Beynəlxalq Hüquq kafedrasının aspirantıdır.

 

Gununsesi.info