Azərbaycanlı fəal Paşinyanın üzünə: İşğala nə vaxt son qoyacaqsınız? – MÜBAHİSƏ

  • By admin
  • 12 Noyabr 2019 16:40

Fransanın paytaxtı Parisdə təşkil olunan Sülh konfransına qatılan ictimai fəal Bəxtiyar Hacıyevin baş naziri Nikol Paşinyanla birgə Fotosu yayılıb. Gununsesi.org-un xəbərinə görə, sosial şəbəkədə yayılan fotoda Bəxtiyar Hacıyevin Paşinyanla mübahisə etdiyi görünür. Hacıyev özü saytımıza açıqlamasında bildirib ki, Paşinyandan nə zaman işğala son qoyacaqlarını soruşub:

“Nikol Paşinyan Paris sülh forumunda master-klass adlanan bir bölümdə çıxış edirdi. Artıq ikinci dəfədir ki, bu toplantıya qatılır. Paşinyan toplantıda öz nitqi zamanı fikirlərini Dağlıq Qarabağ münaqişəsinə gətirərək, ermənilərin “təhlükəsizlik” məsələsini qaldırdı ki, guya Azərbaycan tərəfi ermənilərə aqressiya sərgiləyir. Hətta erməni idmançılar belə Azərbaycana gedə bilmir. O cümlədən, Arsenalın Mıxtaryan futbolçusu. Erməni Baş nazir çıxışnda öz fikiləri ilə münaqişənin həll yolunu Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ xalqlarının maraqlarına uyğun olan formatda olmasını istədiyini bildirdi. Özünü sanki “sülh carçısı” kmi göstərdi. Guya ki, bu münaqişənin uzanmasında tək günahkar Azərbaycan tərəfidir. Mən özüm də Paşinyana xatırlatdım ki, mən də Ermənistanda doğulmuşam. Öz doğulduğum torpaqlara gedə bilmirəm. Azərbaycanda kifayət qədər ermənilərə tolerant davranış var. Hətta Avropa Oyunlarının bağlanış tədbirində erməni əslli idmançılar da iştirak ediblər. Hətta Azərbaycan prezidenti onları alqışlamağı da auditoriyadan xahiş edib. Bildirdim ki, bu məqam yanlış yanaşmadır. İkincisi, Paşinyana xatırlatdım ki, BMT TŞ-nın 4 qətnaməsi var. Hansılar ki, tələb edir ki, erməni silahlı birləşmələri dərhal işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmalıdır. Və xatırlatdım ki, BMT-nin bütün dövlətləri, o cümlədən Ermənistan da Qarabağı Azərbaycanın bir parçası kimi tanıyır. Belə olduğu halda, beynəlxalq hüquqda bir ölkənin ərazisi sayılan Qarabağa – Xankəndinə gəlib “Qarabağ Ermənistandır və nöqtə!” deyərkən, bunun sülh prosesinə hansı töhfə verdiyini düşünür. Sonra da əlavə etdim ki, siz belə dedikdə, cavab olaraq Azərbaycan Prezidenti “Qarabağ Azərbaycanındır və nida” dedi. O da cavabında mənə bildirdi ki, mən ondan bir il öncə “konstruktiv” bir bəyanat vermişdim. Bir il gözlədim ki, Azərbaycan tərəfi hansısa buna bənzər bəyanat verər. Belə bir bəyanat olmadığına və heç kim bizimlə güc dilində danışa bilməyəcəyinə görə, mən belə bir bəyanat verdim.”

Paşinyanla qısa söhbət. Tədbirdən sonra özü yaxınlaşdı, bir az da qeyri-formal söhbət elədik. Tədbir vaxtı qələm axtarırdı, verdim ki, qeyd eləsin dediklərimi, unutmasın. Tədbirdən sonra köməkçilərindən biri qaytardı, dedim aldığınız hər şeyi belə qaytaracaqsınız 🙂

Publicerat av Bakhtiyar Hajiyev Tisdag 12 november 2019

 

Arzu Sayadoğlu

 

Gununsesi.org