Azərbaycanlı gənc “O səs Türkiyə”də münsifləri heyran etdi – video

  • By admin
  • 08 Oktyabr 2017 22:28

135587_6yr0q7gy0e
Ötən gün “O ses Türkiye” musiqi müsabiqəsinin yeni mövsümdə ilk bölümü yayımlanıb.

Axşam.az xəbər verir ki, yarışmada iştirak edənlər arasında azərbaycanlı Adil Baxışlı da yer alıb.

Adil səhnədə “Unchained Melody” mahnısını səsləndirib və münsiflərdən Hadisə ilə Gökhanı özünə tərəf döndürə bilib.

Hadisə onun ifa tərzini Elnur Hüseynova bənzədib. A.Baxışlı Hüseynovla eyni müəllimdən dərs aldığını qeyd edib.

Gökhan Öztürk də Adilin səsini bəyəndiyini deyib.

Həmyerlimiz sonda Hadisəni seçərək onun komandasında yarışmaq istəyib.

Qeyd edək ki, yarışmanın yeni mövsümündə münsiflər kürsündə Murad Boz, Gökhan Özoğuz, Hadisə və Yıldız Tilbe var.

https://www.youtube.com/watch?time_continue=335&v=X1Vz5BUhTbc

Gununsesi.info