Azərbaycanlı hakim Avropa Liqasında növbəti oyuna təyinat aldı

  • By admin
  • 16 Oktyabr 2017 12:30

elyar

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. 

Gununsesi.info AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, gənc baş hakim Avropa Liqasının L qrupunun “Vardar” (Makedoniya) – “Real Sosyedad” (İspaniya) oyununu idarə edəcək. Oyunun yan xətt hakimləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.

Görüşdə əlavə köməkçi hakimlər funksiyasını Rəhim Həsənov və Orxan Məmmədov yerinə yetirəcək. Dördüncü hakim qismində Mübariz Haşımov təmsil olunacaq.

Qeyd edək ki, görüş oktyabrın 19-da Skopyedə keçiriləcək.

Gununsesi.info