Azərbaycanlı idmançı Həbibin tələbəsini məğlub etdi - VİDEO

  • By admin
  • 19 Fevral 2022 18:53

Azərbaycanlı MMA idmançısı Ramin Sultanov məğlubedilməzliyini qoruyub.

Gununsesi.info xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada Həbib Nurməhəmmədova məxsus olan “Eagle FC” MMA təşkilatının növbəti turniri – EFC-45 döyüş yarışı keçirilib.

Burada “TT Fayt” və “Qəbələ” klubunun yetirməsi olan Ramin Sultanov Həbib Nurməhəmmədova məxsus döyüş məktəbinin idmançısı Dinislam Kamavovla qarşılaşıb. R. Sultanov dağıstanlı rəqibinə birinci raundda ağrıdıcı fəndlə qalib gəlib.

Turnirin rəsmi səhifəsi yüngül çəkidə çempionluğa yeni namizədin peyda olduğunu qeyd edib.

Qeyd edək ki, bu, Ramin Sultanovun 7-ci qələbəsidir. O, karyerasında hələ ki məğlubedilməzdir. Dinislam Kamavov isə karyerasında ikinci məğlubiyyətini alıb. (axar.az)

 

 

Gununsesi.info