Azərbaycanlı iş adamı Türkiyədə dağıntılar altında qalaraq həlak oldu

  • By admin
  • 10 Fevral 2023 10:03

Azərbaycanlı iş adamı Türkiyədə baş verən zəlzələdə dağıntılar altında qalaraq həlak olub.

Gununsesi.info Oxu.Az-a istinadən xəbər verir ki, əslən Salyan rayonunun Arbatan kəndindən olan 58 yaşlı Eldəniz Həbib oğlu Əliyev Türkiyəyə iş görüşməsi üçün gedibmiş.

Eldəniz Əliyevin ailə yaxını bildirib ki, məlumatlar doğrudur:

“Təəssüf ki, həlak olanlar içərisində o da var. Özü Rusiya vətəndaşı idi, iş üçün Türkiyəyə, Hatay bölgəsinə getmişdi. İkimərtəbəli binada qalırdılar. Deyilənə görə, həmin binanın dağıntıları altında 40 nəfər adam olub. İlk gün səkkiz nəfər sağ çıxarılıb, ardınca dörd nəfərin meyiti. Ölənlər içərisində Eldəniz də olub. Qardaşı Türkiyəyə gedib. Xəbər etdi ki, Eldənizin cənazəsi sabah saat 13:00-da Ankaradan təyyarə ilə Bakıya gətiriləcək. Salyanda dəfn olunacaq”.

Qeyd edək ki, Eldəniz Əliyev ailəli idi, iki oğul övladı var.

Gununsesi.info