Azərbaycanlı məktəblilər Hollivud ulduzuyla görüşüblər

  • By admin
  • 28 İyul 2016 22:17

djeyn

 

Azərbaycanlı üç məktəbli 14-25 iyul tarixlərində İtaliyada keçirilən Giffoni Beynəlxalq Film Festivalında (Giffony İnternational Film Festival) iştirak ediblər.

Gununsesi.info xəbər verir ki, 46 ildir keçirilən Giffoni Beynəlxalq Film Festivalında bu il münsiflər heyətində dünyanın 50-dən çox ölkəsindən 1000-ə yaxın məktəbli yer alıb.

Onlar festival müddətində 100-dən çox filmə baxaraq qalibləri seçiblər. Eyni zamanda, müxtəlif treninqlər və seminarlara qatılaraq peşəkar rejissorlar, aktyorlar və dünyanın müxtəlif ölkələrindən olan yaşıdları ilə fikir mübadiləsi aparıblar.

Məktəblilər festivalın qonağı olan məşhur Hollivud ulduzu Jennifer Anistonla da görüşmək imkanı əldə ediblər.

Gununsesi.info