Azərbaycanlı məşhurun müğənni qızı nişanlandı - FOTOLAR

  • By admin
  • 24 Mart 2022 11:28

Muğam ifaçısı Almaxanım Əhmədli nişanlanıb.  

Gununsesi.info xəbər verir ki, bu barədə müğənni özü instaqramda məlumat verib.

Sənətçinin nişan mərasimi dünən paytaxtdakı restoranlardan birində baş tutub.

Məclisdə Almaxanımın sənət dostları, ailə üzvləri və şou-biznes nümayəndələri iştirak edib.

Qeyd edək ki, Almaxanım şair, ədəbiyyatşünas Vüqar Əhmədin qızıdır.

Gununsesi.info