Azərbaycanlı nazir cəbhədə

  • By admin
  • 08 İyun 2016 10:57

Zakir Hasanov

“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada olublar”. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gununsesi.info-ya daxil olan məlumata görə, hərbi qulluqçuların döyüş, eləcə də atəş və taktiki hazırlıqlarının yüksəldilməsi məqsədilə nəzərdə tutulan təlim poliqonuna gələn nazir ərazidə cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi və digər praktiki məşqlərlə bağlı görülən işlərlə maraqlanıb. Müdafiə naziri ərazidəki komanda məntəqəsində olub, çöl şəraitində yaradılmış düşərgədə təlim keçən şəxsi heyətlə görüşüb, onların peşəkarlıq və döyüş qabiliyyətlərinin artırılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlarını verib. Sonra nazirliyin rəhbərliyi hərbi şəhərcik ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak edib.

 

Gülnaz Qənbərli