Azərbaycanlı nazir İrana səfərə gedir

  • By admin
  • 20 Fevral 2017 16:49
shahin-nazir
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin  rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 22-də İrana səfər edəcək.
 Bu barədə  Gununsesi.info-ya İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfirlikdən bildirilib ki,  Ş. Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti   ilk olaraq Astarada olacaq və orada  Astara (Azərbaycan) – Astara (İran) dəmiryol tikintisinin tamamlama işləri, İran Astarasında tikiləcək yük terminalı, eyni zamnda,  Astara (İran)-Rəşt dəmiryol xəttinin çəkilişi istiqamətində görülən işlərlə tanış olacaq.
Ş.Mustafayevin İrana səfərində Azərbaycan prezidenti ilham əliyevin mart ayının birinci yarısında  bu ölkəyə səfərinin hazırlıq məsələlərinin bir sıra detalları müzakirə olunacaq.
Səfirlikdən o da bildirilib ki, Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ərdəbil, Təbriz və Urmiyada  olacaq.
 
İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə də bir müddət öncə mətbuata açıqlamasında bildirib ki, Ş.Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti  Ərdəbil, Təbriz və Urmiya əyalətində olacaq və buranın iqtisadi durmu ilə yerində tanış olacaqlar.
“Mustafayevin  rəhbərlik etdiyi  nümayəndə heyəti İranın Şərqi azərbaycan əyalətlərində yerli sahibkarlarla görüşərək, onlarla  birgə əməkdaşlığın mümkün perspektivlərini müzakirə edəcəklər. Görüşlərdə  hər iki ölkənin  sahibkarlarının bir gə iştirakı ilə sərgilərin təşkil edilməsi və məhsullarını bu sərgilərdə nümayiş etdirmək, birgə layihələr həyata keçrimək, sərmayə qoymaq məsələsini müzakirə edəcəklər”- deyə, səfir C. Cahangirzadə bildirib.
 Mürtəza
Gununsesi.info