Azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanılıb

  • By admin
  • 03 Mart 2018 15:47


Almaniyadan Türkiyəyə gedən azərbaycanlı qadın Düsseldorf hava limanında saxlanılıb.

“Report”un məlumatına görə, yerli məhkəmə Gülnarə Babayeva barəsində həbs qərarı çıxarıb.

O, ümumilikdə, 7 hadisə üzrə 32 min avro məbləğində dələduzluq etməkdə şübhəli bilinir.

Qadının yaşadığı evdə Azərbaycan pasportları da daxil olmaqla, ümumilikdə, 54 sənəd tapılıb.

 

Gununsesi.info