Azərbaycanlı qadın Fulya ilə görüş üçün Norveçdən Türkiyəyə getdi

  • By admin
  • 06 Oktyabr 2021 20:32

Türkiyənin “FOX TV” kanalının aparıcısı Fulya Öztürk azərbaycanlı bir qadının həyat hekayəsini paylaşıb.

Gununsesi. info xəbər verir ki, türkiyəli məşhur jurnalist bu barədə məlumatı öz instaqram hesabında paylaşıb.

Məlumata əsasən, Kamilla adlı azərbaycanlı qadın Norveçdə yaşayır və Fulya Öztürk ilə görüşmək üçün Türkiyəyə gəlib.

“Kamilla xanım həyat yoldaşını 30 il əvvəl Birinci Qarabağ müharibəsində itirib. Belə ki, onun komandir olan əri şəhid olub. O həyat yoldaşı ilə bağlı kədərə dözə bilməyib və yeni həyata başlamaq üçün 2 uşağını da götürərək Azərbaycandan gedib. Qadın heç kimlə evlənməyərək 2 uşağını özü böyüdüb. O 30 il boyunca həyat yoldaşının və Qarabağın kədəri ilə yaşayıb”, – deyə paylaşımda qeyd olunub.

F.Öztürk həmçinin bildirib ki, Kamilla adlı qadın onu İkinci Qarabağ müharibəsi başlayanda görüb.

“Xəbərləri “CNN Türk”də izləyib və düşünüb ki, mənimlə əlaqə saxlasın. “Kanal D”nin operatoru Başar Günalın anası ilə dost olan Kamilla xanım mənim haqqımda bəhs edir və Başar vasitəsilə mənimlə əlaqə qurur. Mən də qürbətdə olan şəhid yoldaşının kədərini paylaşmaq, ona bölgədən xəbər vermək üçün ona zəng etdim. Müharibə vaxtı demək olar ki, hər gün söhbət edirdik. Ona görüntülü zəng edirdim, ağlayırdı. Onun qızı kimi olmuşdum. Həyat budur. O məni Norveçdən görməyə gəldi. Çox təsirləndik. Çox söhbət etdik. Gözəl insan olan Kamilla xanımın yaşadığı həyat bir film kimidir. O hətta həyatını qələmə alıb və kitab halında nəşr etmək istəyir. Bu peşə bax belə özəldir. Var ol, Kamilla xanım”, – deyə F.Öztürk yazıb.

https://ok.ru/video/2846055795306
Gununsesi. info