Azərbaycanlı qadını fahişəliyə cəlb edən şəxsə cinayət işi açıldı

  • By admin
  • 20 Sentyabr 2019 10:30

Azərbaycanlı qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinən Almaz İsgəndərovanın barəsində cinayət işi başlanıb.

Gununsesi.org xəbər verir ki, onun barəsində Cinayət Məcəlləsinin 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə insan alveri törətmək) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, Almaz İsgəndərova bir Azərbaycan vətəndaşı olan qadını aldadaraq Azərbaycan hüdudlarından kənara aparıb. O, Türkiyədə həmin qadını kişi müştərilərlə görüşdürüb, bunun müqabilində maddi gəlir əldə edib.

Cinayət işi üzrə bir nəfər qadın zərərçəkmiş şəxs qismində tanınıb.

Almaz İsgəndərova barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb və iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib.

Yaxın günlərdə bu cinayət işi üzrə qapalı məhkəmə iclası başlanacaq.

Gununsesi.org