Azərbaycanlı rejissorun dünyaya səs salan LAYİHƏSİ – VİDEO

  • By admin
  • 07 Noyabr 2019 13:37

Azərbaycandan dünyaya açılan pəncərə olan “Aporia” filminin təqdimat mərasimi keçiriləcək.

Gununsesi.org xəbər verir ki, ssenarisi və ekran işi tanınmış rejissor Rec Rəvana aid olan film ilk dəfə 12 iyulda Türkiyədə təqdim edilərək, böyük uğur qazanıb. 22 noyabrdan etibarən isə filmin Azərbaycanda “Park cinema” kinoteatrlar şəbəkəsində və ABŞ-da nümayişinə start veriləcək.

Triller və aksiyon janrlarında olan və cəsarətli səhnələri ilə diqqət çəkən film, hətta dünyaca məşhur “Amazon” platformasında da nümayiş etdiriləcək.

“Aporia” ilk dəfə olaraq, Azərbaycanda həm azərbaycan, həm də türk və ingilis dillərində yayımlanacaq.

Qeyd edək ki, filmi “Sultansoy”, “BDAmerika”, “Canmedia”, “DFGS” şirkətləri istehsal edib.