Azərbaycanlı Ukrayna Müdafiə Nazirliyində yükək vəzifəyə təyinat aldı

  • By admin
  • 05 İyun 2026 08:31

Ukrayna müdafiə naziri Mixaylo Fedorov azərbaycanlı Gündüz Məmmədovu Silahlı Qüvvələrin Hərbi Hüquq-Mühafizə Xidmətinə rəis müavini təyin edib. 

Gununsesi.info bildirir ki, əslən Gəncədən olan soydaşımız illərlə prokurorluq orqanlarında çalışıb.

2014-cü ildə Odessa şəhər prokuroru təyin olunub. 2015-ci ilin sonlarında Odessa vilayət prokurorunun müavini vəzifəsinə yüksəlib.

2016-cı ildə işğalda olan Krım Muxtar respublikasının prokuroru kimi çalışmağa başlayan Məmmədov

2019-cu ildə Ukrayna baş prokurorunun müavini vəzifəsinə yüksəlib. 2021-ci ildə vəzifəsindən könüllü istefa verib.

Onun bu illər ərzində xüsusən rusiyanın Ukraynanın Krım, Donetsk, Luqansk vilayətlərində mülki əhaliyə qarşı törətdiyi hərbi cinayət faktlarının toplanmasında və beynəlxalq instansiyalara çatdırılmasında müstəsna xidmətləri var.

Üçüncü dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi daşıyan Məmmədov 1996-cı ildə İ.İ Meçnikov adına Odessa milli universitetinin hüquq fakültəsini bitirib.

Anar Natiqoğlu

Gununsesi.info