Azərbaycanlı violonçel ifaçı Londonda konsert verəcək

  • By admin
  • 18 Fevral 2017 12:29

violoncel

Azərbaycanlı violonçel ifaçı, beynəlxalq mükafatlar laureatı Camal Əliyev mayın 22-də Londonda “Wigmore Hall”da özünün “Russian Masters” debüt albomunda yer alan əsərlərdən ibarət konsert proqramı ilə çıxış edəcək.

Gununsesi.info xəbər ki, bu barədə məlumat Camal Əliyevin rəsmi saytında və Avropa Azərbaycan Cəmiyyətinin “facebook” səhifəsində yer alıb. Onu pianoçu Mariya Taraseviç müşayiət edəcək.

Camal Əliyev Türkiyə, Böyük Britanıya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə bir sıra beynəlxalq festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.

Gununsesi.info