Azərbaycanlı “vor zakon”ların məzarları - FOTOLAR

  • By admin
  • 01 Avqust 2019 10:46

 

“Ekspress-qazeta” kriminal avtoritetlərin dəbdəbəli məzarlarının siyahısını hazırlayıb.

“Qafqazinfo”nun məlumatına görə, siyahıda azərbaycanlı “vor zakon”ların məzarları da yer alıb.

Materialda 2016-cı ildə Türkiyənin İstanbul şəhərində öldürülən kriminal avtoritet Rövşən Lənkəranskinin (Caniyev) Azərbaycanda dəfn olunduğu, orada onun üçün böyük heykəl ucaldıldığı bildirilib.

Siyahıda daha bir azərbaycanlı kriminal avtoritetin də məzarı yer alıb. Bu, Hikmət Sabirabadlıdır (Muxtarov). Onun qəbrinin üstündəki heykəl avtoritetin qızılı taxt-tacda oturduğunu əks etdirir.

“Yaponçik” ləqəbli rusiyalı kriminal avroritet Vyaçeslav İvankovun məzarı isə Rusiyanın Moskva şəhərində yerləşir. Əvvəllər onun qəbri üstünə ödənişli ekskursiyalar da təşkil olunurdu.

2013-cü il yanvarın 16-da Moskvanın mərkəzində yerləşən “Köhnə fayton” restoranının yaxınlığında qətlə yetirilən Rusiyanın kriminal dairələrində məşhur avtoritet kimi qəbul olunan “Ded Həsən”iTbilisidə anası ilə qardaşının yanında dəfn etmək istəsələr də, Gürcüstan hökuməti onun cənazəsinin olduğu təyyarəni qəbul etməkdən imtina edib. Nəticədə, təyyarə Donetsk ilə Moskvaya qayıtmaq məcburiyyətində qalıb və onun cəsədi hava limanından Troyekurovski qəbiristanlığına gətirilərək yanvarın 20-si dəfn edilib.