Azərbaycanlılar ən çox bu yaşda dünyasını dəyişir

  • By admin
  • 13 Avqust 2017 12:20

1498835232insanin-olum-anindaki-hali-ve-gorduklerijpg

Ötən il Azərbaycanda doğulanların sayı 159464-ə, ölənlərin sayı 56648-ə, təbii artım 102816-ya, doğum zamanı ananın orta yaşı isə 25,2-yə bərabər olub.

Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, son 5 ilə nisbətən doğum yaşı 0,5 il artıb. Həmin göstərici şəhər yerlərində 26,1, kənd yerlərində isə 24,4 yaş təşkil edib.

2016-cı ildə ölüm halları 75-79 yaşlı sakinlərdə üstünlük təşkil edib (9180 nəfər). Lakin 2014-cü ildən etibarən həmin yaş qrupunda ölüm hallarında azalma müşahidə olunur. Ölüm hallarının ən az rast gəlindiyi yaş qrupu isə yeniyetmələr arasında olub. (10-14 yaş, 174 nəfər)

Son bir neçə ilin statistikasına əsasən, 55-69, 85 və ondan yuxarı yaş qruplarında ölüm halları getdikcə artır.

Gununsesi.info