Azərbaycanlılar ABŞ-a vizasız gedəcək? -TRAMPIN SƏRƏNCAMI, SƏFİRLİYİN AÇIQLAMASI...

  • By admin
  • 30 Mart 2017 11:28

trampsefir

ABŞ prezidenti Donalt Trump  Azərbaycan vətəndaşlarının Amerikaya vizasız səyahət etməsi üçün sərəncam imzalayıb. Gununsesi.ino bu haqda  “USA-televisiona”  portalına istinadən xəbər verir.

Yeni sərəncama görə, viza siaysətində belə dəyişiklik azərbaycanlıların  ABŞ-da maxsimum 180 gün qalmasına imkan verəcək. Lakin bu səyahət yalnız iş və biznes məqsədli olmalıdır. 180-gündə artıq qalmaq üçün isə artıq viza tələb olunacaq.

Trump bildirb ki, bu addım Azərbaycan və ABŞ arasındakı tədbirləri gücləndirəcək.

Lakin Suriya, İran, Sudan, Livya, Somali və Yəmən pasportunu daşıyan və ikili vətəndaşlığı olan azərbaycanlılara ABŞ-a girişi qadağan olacaq.

Ancaq Amerikanın ölkəmizdəki səfirliyi özünün facebook səhifəsində bununla bağlı açıqlama yayaraq, viza qaydalarında hər hansı dəyişiklik edilmədiyini bildirirb: “Dünəndən etibarən Azərbaycan vətəndaşları üçün viza prosedurlarında dəyişikliyə dair şayiələr yayılıb.

Təsdiq üçün bildirmək istəyərdik ki:

Azərbaycan vətəndaşları üçün viza tələblərinə dair heç bir dəyişklik yoxdur. Viza ilə bağlı nizamnamə və prosedurlara dair məlumat üçün www.travel.state.govhttps://azerbaijan.usembassy.gov/. saytlarına daxil ola bilərsiniz. ABŞ Prezidentinin ən son sərəncamlarına dair məlumat üçün www.whitehouse.gov saytına daxil ola bilərsiniz”.

Gununsesi.info