Azərbaycanlılar Ankarada BMT-nin önündə aksiya keçirəcəklər

  • By admin
  • 18 İyul 2017 16:06

bmt_tarixi

İyunun 19-da saat 10:-da Azərbaycan sevənlər – tələbələr və digər vətəndaşlarımız Ankarada BMT-nin önündə aksiya keçirəcəklər.

Gununsesi.info-nun xəbərinə görə, aksiyada “BMT-nin qərarlarının icrasına və sivil insanların öldürülməsinə son deyək!” şüarı səsləndiriləcək.

Bu haqda azərbaycanlı fəal Ləman Süleymani Aşğari sosial şəbəkədəki səhifəsində məlumat verib: “Sabah saat 10:00 Ankarada BMT-nin önündə Azərbaycan üçün toplaşacağıq!!! BMT-nin qərarlarının icrasına və sivil insanların öldürülməsinə son deyəcəyik!!! Hər kəsi gözləyirik. Azərbaycan adına, gələcəyimiz adına, körpələrimiz adına bir olmaq günüdür! Haqq və hüquqlarımızı tələb etmək vaxtı gəlib və keçibdir!!! Lütfən gəlin və gələrkən yanınızda yaxınlarınızıda gətirin və eyni zamanda paylaşın ki, hər kəsin xəbəri olsun!!!”

Gülnaz Qənbərli

Gununsesi.info