Azərbaycanlılar Gürcüstana axışır - 1 İLDƏ 1 523 075 QONŞU ÖLKƏYƏ GEDİB

  • By admin
  • 05 Yanvar 2017 08:56
gurc
Keçən il Gürcüstana 6 350 825 xarici turistlər gəlib, bu isə 2015-ci ildəki göstəricidən 7,6 % çoxdur.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan Milli Turizm Agentliyinin rəhbəri Georgi Çoqovadze bu gün 2016 ildə ölkəyə gələn turistlərlə bağlı çıxışında bildirib. Onun sözlərinə görə, 2016-cı ildə Azərbaycandan Gürcüstana 1 523 075 turist səfər edib. Bu da 2015-ci ildə ölkəyə səfər edən turistlərin sayından 9,3% çoxdur.
G. Çoqovadze açıqlamasında ötən il Gürcüstana gələn turistlərin sayının çox olduğunu və birinci yerdə Azərbaycanın qərar tutduğunu bildirib. O, ötən il Ermənistandan Gürcüstana 1 496 246, Türkiyədən 1 254 089, Rusiyadan 1 037 564 və Ukraynadan 172 631 nəfər turist səfər etdiyini bildirib..
Milli Turizm Agentliyinin rəhbəri 2016-cı ildə ilk dəfə olaraq Rusiyadan gələn turistlərin sayının 1 milyonu ötdüyünü bildirib. O, Avropa Birliyi ölkələrindən gələn turistlərin sayının da artdığını qeyd edib. G. Çoqovadze 2016-cı ilin yanvar-dekabr aylarında Latviya, Litva, Çexiya, Bolqarıstan və Almaniyadan gələn turistlərin sayının artdığını qeyd edib. O, xüsusilə, İran, Hindistan, Səudiyyə Ərəbistanı, Filippin, Oman və Çin ölkələrindən gələn turistlərin sayının 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə fərqli şəkildə artdığını vurğulayıb.
G. Çoqovadze Gürcüstanda turizm sahəsindən gələn gəlirlərin də artdığını bildirib. O, hökumətin təqribi hesablamalarına görə, Gürcüstanın 2016-cı ildə turizm sahəsindən 2 milyard dollardan çox gəlir əldə etdiyini vurğulayıb.