Azərbaycanlılar Türkiyədə 382 ev aldı

  • By admin
  • 15 May 2021 09:30

Bu ilin ilk dörd ayı ərzində xarici vətəndaşların Türkiyədə daşınmaz əmlak alması 19 faiz artıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsindən bildirilib.

Məlumata əsasən, COVID-19 pandemiyasına baxmayaraq 2021-ci ilin yanvar-aprel ayları ərzində Türkiyədə xarici vətəndaşlara 13 min 954 mənzil satılıb. Ən çox satış isə aprel ayında qeydə alınıb. Keçən ay qardaş ölkədə xarici vətəndaşlara mənzil satışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 416,1 faiz artıb. Ən çox mənzil isə İstanbulda alınıb. Satışların yay ayları ərzində daha da artacağı gözlənilir.

Bu dövr ərzində həmvətənlərimiz qardaş ölkədə 382 mənzil alıblar. Siyahıda ilk sırada 2 min 156 mənzillə İran vətəndaşları yer alıb. Ümumiyyətlə isə 2021-ci ilin ilk dörd ayı ərzində Türkiyədə mənzil sahibi olanlar arasında İraq, Rusiya, Əfqanıstan, Qazaxıstan, Almaniya və digər ölkə vətəndaşları da var.

Gununsesi.info