Azərbaycanlıların olduğu türk gəmisi yanır

  • By admin
  • 10 May 2022 17:11

Azov dənizində Temrük yaxınlığında taxıl daşıyan Türkiyə gəmisində yanğın baş verib.

Gununsesi.info xəbər  verir ki, bu barədə məlumatı Rusiyanın Dəniz və Çay Nəqliyyatı Federal Agentliyinə istinadən “İnterfaks” yayıb.

Bildirilir ki, gəmi heyəti yanğınla mübarizə üçün kömək istəməyib və yanğını özləri söndürməyə çalışıblar.

Məlumata görə, “Aqua” adlı yük gəmisinin göyərtəsində Azərbaycan, Türkiyə və Hindistan vətəndaşı olan 13 nəfər var.

Vanuatu bayrağı altında üzən gəminin Türkiyəyə məxsus olduğu bildirilir.

Gununsesi.info