“Azəriqaz” ən fəal dövlət müəssisəsi kimi təltif edildi

  • By admin
  • 08 Dekabr 2021 18:50

Noyabrın 8-də ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində “MG Consulting” MMC tərəfindən Onlayn İctimai Nəzarət Platforması (www.enezaret.az) layihəsinin 2-ci rüb yekunlarına dair dəyirmi masa keçirilib.

Gununsesi.info xəbər verir ki, dövlət orqanlarının, mətbuatın, beynəlxalq təşkilatların və QHT nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə layihənin icrası ilə bağlı problemlər, həllini tapmış və tapmamış məsələlər müzakirə olunub.

Layihə çərçivəsində vətəndaşların qaldırdığı problemlərin həllində “Azəriqaz” İstehsalat Birliyi ən fəal dövlət müəssisə kimi təltif olunub.

Gununsesi.info