“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 29 iyul saat 11:00-da başlayacaq. Aksiya “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

“Azəriqaz” İB-nin fəaliyyəti ilə bağlı keçirilən sorğunun nəticəsi haqqında mühüm məqamlar açıqlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.

Gununsesi.info