“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları davam edir

  • By admin
  • 03 İyun 2023 18:09

Növbəti həftə (05-07.06.2023 və 09.06.2023 tarixləri) daha 1 şəhər və 3 rayonda “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Zərdab rayonunda (Həsən bəy Zərdabi adına Park), 2-ci günü saat 11:00-dan 12:00-dək Tərtər rayonunda (Heydər Əliyev Muzeyinin qarşısı), 3-cü günü saat 14:00-dan 15:00-dək Mingəçevir şəhərində (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək Ağcabədi rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info