“Azəriqaz” İB-nin “Açıq mikrofon”u Şirvan şəhərində qurulacaq

  • By admin
  • 08 Noyabr 2022 19:16

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. 10 noyabr saat 11:00-da növbəti aksiya Şirvan şəhəri, İstiqlal prospekti 10 ünvanında (Şirvan Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvana yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Gununsesi.info