“Azəriqaz” İB-nin rəhbərindən müsabiqə ilə bağlı AÇIQLAMA

  • By admin
  • 18 Yanvar 2023 09:28

“Son günlər “Qaz avadanlıqlarının istismarı və təmiri üzrə” çilingər peşəsinə müsabiqə prosedurunu müvəffəqiyyətlə keçib SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Kadr Ehtiyatı Bazasına daxil edilən namizədlərdən çoxsaylı müraciətlər alıram”.

Gununsesi.info bildirir ki, bunu “Azəriqaz” İstehsalat Birliyinin rəhbəri Ruslan Əliyev sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bununla bağlı müsabiqənin əvvəlindən ictimaiyyətə geniş açıqlama verilib:

“Bu elan gələcək ehtiyaclar üçün nəzərdə tutulub. Yəni hazırda vakant olan yerlər üzrə deyil, gələcəkdə yaranacaq vakant yerlərin daha operativ komplektləşdirilməsi məqsədilə elan edilib.

SOCAR “Azəriqaz” İstehsalat Birliyi üzrə Kadr Ehtiyatı Bazasına daxil edilmiş namizədlərin namizədliyi 12 ay ərzində saxlanılır. Müsabiqə zamanı namizədlərlə necə ki, SMS, e-poçt və mobil telefon vasitəsilə əlaqə saxlanılıbsa, vakant yerlər yarandığı zaman da eyni qaydada əlaqə yaradılacaq”.

Gununsesi.info